Uşaqlarda tənəffüs simptomlarına diqqət – Bu əlamətlər təcili müdaxilə tələb edir
Sağlamlıq
Uşaq pulmonoloqu Prof. Dr. Sedat Öktem xəbərdarlıq edib ki, uşaqlarda sadə öskürək bəzən ciddi tənəffüs problemlərinin əlaməti ola bilər.
News24.az xəbər verir ki, təcili müdaxilə tələb edən əlamətlərə sürətli nəfəs alma, əlavə tənəffüs əzələlərinin istifadəsi, yuxululuq, şüurun pozulması, yeməkdən imtina, siyanoz və 39 dərəcədən yuxarı qızdırma daxildir.
Mütəxəssis vurğulayıb ki, oksigen səviyyəsi 92%-dən aşağı düşərsə və ya qızdırma 48–72 saat ərzində düşməzsə, dərhal həkimə müraciət edilməlidir. Xüsusilə epilepsiya və digər xroniki xəstəlikləri olan uşaqlarda qızdırma ilə birlikdə tutmalar baş verərsə, gecikmədən tibbi yardım tələb olunur.
Nilufər