Uşaqlarınızı qripdən qorumağın ən vacib yolu – tanınmış pediatrdan çağırış

Uşaqlarınızı qripdən qorumağın ən vacib yolu – tanınmış pediatrdan çağırış Sağlamlıq

Tanınmış pediatr Vaqif Qarayev uşaqları qripdən qorumağın yollarını xatırladıb.

News24.az xəbər verir ki, pediatr özünün “Facebook” səhifəsində paylaşım edərək valideynlərə çağırış edib və uşaqları qripdən qorumaq üçün iki əsas tədbiri vurğulayıb.

Pediatr bildirib ki, ilk növbədə, uşaqların peyvənd etdirilməsi vacibdir. Bundan əlavə, xəstə uşaqların məktəbə və bağçaya getməsinin qarşısını almaq tövsiyə olunur. O, həmçinin ümumi gigiyenik qaydalara əməl etməyin əhəmiyyətini xatırladıb, lakin vurğulayıb ki, bunlar artıq hər kəsə məlumdur.

V.Qarayev həmçinin qeyd edib ki, bu prinsiplər yüz il əvvəl imzalanmış “Sağlamlıq haqqında dekret” sənədində də əksini tapıb.

Pediatr valideynlərə sağlamlıq tədbirlərinə diqqət yetirməyi tövsiyə edib.