Ürək xəstəliklərindən belə qoruna bilərsiz - Alimlər açıqladı
Sağlamlıq
Britaniya alimləri müəyyən ediblər ki, erkən yaşlarda şəkər istehlakının azaldılması ürək-damar xəstəliklərinin qarşısını ala bilər.
News24.az xəbər verir ki, bu nəticə müharibədən sonrakı illərdə (1951–1956-cı illər) anadan olmuş 63 min nəfərin məlumatlarının təhlili əsasında əldə edilib.
Araşdırmaya görə, hamiləlikdən iki yaşına qədər şəkər qəbulunun məhdudlaşdırıldığı şəxslərdə yetkinlik dövründə ürək xəstəlikləri riski 20%, infarkt, insult və ürək çatışmazlığı ehtimalı isə 25–30% daha az olub.
Alimlər bildirirlər ki, həyatın ilk 1000 günü pəhrizin sağlamlığa ən çox təsir etdiyi dövrdür. Bu mərhələdə şəkərin azaldılması həm diabet, həm də hipertoniya riskini minimuma endirir və ürəyi uzunmüddətli qoruyur.
Aqil Qarayev