Uşağınızda bu əlamət varsa, təcili həkimə müraciət edin
Sağlamlıq
Uşaqlarda ağızdan nəfəs alma, yuxu zamanı xoruldama və tez-tez burun tutulması adenoidlərin (burun əti) böyüməsinin əlaməti ola bilər.
News24.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, bu hal sadəcə vərdiş deyil və vaxtında müdaxilə edilməzsə üz, çənə və diş quruluşuna, eləcə də ümumi inkişafa mənfi təsir göstərə bilər.
Mütəxəssislər bildirirlər ki, sağlam nəfəsalma burun vasitəsilə olur. Burun havanı təmizləyir, isidir və nəmləndirir, ağızdan nəfəs alındıqda isə bu qoruyucu mexanizmlər sıradan çıxır. Xüsusilə 3–7 yaşlı uşaqlarda adenoid böyüməsi burun tutulmasının əsas səbəblərindən biridir və tez-tez qulaq infeksiyaları, qulaq ağrısı və eşitmə problemlərinə yol aça bilər.
Belə ki, uşağın ağzı daim açıq qalırsa, xoruldayırsa və şikayətlər 10 gündən çox davam edirsə, mütləq həkimə müraciət olunmalıdır.