Uşaqlarda keçməyən öskürəyin səbəbi bu ola bilər: Valideynlərin diqqətinə!
Sağlamlıq
Uşaqlarda öskürək çox vaxt sadə soyuqdəymə kimi qəbul edilə bilər, lakin uzun müddət davam edən öskürək ciddi sağlamlıq problemlərinə işarə edə bilər.
News24.az xəbər verir ki, pediatriya mütəxəssisləri valideynləri bu əlamətə laqeyd yanaşmamağa çağırırlar.
Mütəxəssislər bildirirlər ki, xüsusən burun arxasında yerləşən adenoidin böyüməsi uşaqlarda nəfəs almanı çətinləşdirə və öskürəyə səbəb ola bilər. Bu vəziyyət uşağın ağızdan nəfəs almasına gətirib çıxarır ki, bu da diş və çənənin yarımçıq inkişafı kimi əlavə problemlər yarada bilər.
Üstəlik, öskürək 10 gündən artıq davam edirsə və uşağın ağızı daim açıq qalır, gecələr xorultu varsa və ya tez-tez qulaq infeksiyası müşahidə olunursa, mütləq həkimə müraciət edilməlidir.