Xərçəngdə səssiz xəbərdarlıq: Diqqət etməli olduğunuz erkən əlamətlər

Xərçəngdə səssiz xəbərdarlıq: Diqqət etməli olduğunuz erkən əlamətlər Sağlamlıq

Xərçəng erkən mərhələlərdə çox vaxt simptom vermir və gündəlik həyatda gözardı edilə biləcək kiçik dəyişikliklər vacib xəbərdarlıq əlamətləri ola bilər.

News24.az xəbər verir ki, mütəxəssislər xərçəngin ən kritik dövrünün səssiz olduğunu bildirir və aşağıdakı 5 simptomun diqqətlə izlənməsini tövsiyə edirlər: İzah olunmayan çəki itkisi – pəhriz və həyat vərdişlərində dəyişiklik olmadan çəkinin azalması. Bədəndə şişkinliklər və döş, boyun, qoltuqaltı və qarın nahiyəsində hiss edilən şişliklər. Uzunmüddətli və izah olunmayan ağrılar, xüsusilə sümük, bel və qarın ağrıları. Bağırsaq və sidik vərdişlərində dəyişikliklər – sidikdə qan, bağırsaq hərəkətlərində əhəmiyyətli dəyişikliklər. Mütəxəssislər bildirilər ki, müntəzəm skrininq və müayinə erkən diaqnozu asanlaşdırır.

Yaşa, cinsə və risk faktorlarına görə planlaşdırılan testlər, hələ simptom verməyən xərçəngləri də erkən mərhələdə aşkar edə bilər.

Nilufər