Xərçəngin son mərhələlərindəki əlamətkləri açıqlandı

Xərçəngin son mərhələlərindəki əlamətkləri açıqlandı Sağlamlıq

Xərçəngin son mərhələlərində müşahidə oluna biləcək əlamətlər açıqlanıb.

News24.az xəbər verir ki, xəstəliyin irəliləmiş mərhələlərində güclü halsızlıq, iştahanın azalması, səbəbsiz çəki itkisi, davamlı ağrılar və digər simptomlar müşahidə oluna bilər.

Xərçəngin III və IV mərhələlərində şiş digər orqanlara metastaz verə bilər.

Son mərhələdə aşkarlanan xərçəng belə mütləq ümidsiz vəziyyət demək deyil.

Müasir tibbdə hədəfli terapiya, immunoterapiya, şüa və dərman müalicəsi kimi üsullar xəstəliyə nəzarət etməyə və bəzi hallarda ömrü əhəmiyyətli dərəcədə uzatmağa imkan verir.

Həkimlər xəstəliyi erkən aşkar etmək üçün mütəmadi müayinələrdən keçməyi və şübhəli simptomlar yarandıqda vaxtında həkimə müraciət etməyi tövsiyə edirlər.