Yatmazdan əvvəl bu iki səhvi etməyin

Yatmazdan əvvəl bu iki səhvi etməyin Sağlamlıq

Gecə yuxusunun keyfiyyətini poza bilən iki qidalanma vərdişi açıqlanıb.

News24.az xəbər verir ki, bu vərdişlərdən birincisi axşam həddindən artıq yeməkdir.

Yatmazdan əvvəl həddindən artıq qida qəbul etmək həzmsizlik, mədə yanması və gecə ərzində tez-tez oyanmağa səbəb ola bilər.

Digər zərərli vərdiş isə acqarına yatmaqdır. Bildirilib ki, yatmazdan əvvəl uzun müddət ac qalmaq da gecə istirahətinin keyfiyyətini aşağı salır.

Bunun əvəzinə mütəxəssislər axşam saatlarında yüngül qəlyanaltı etməyi tövsiyə edib.

Bu, həm acqarına yatmağın, həm də həddindən artıq yeməyin qarşısını almağa kömək edə bilər.

Qəlyanaltı üçün tərəvəz, alma, fıstıq yağı, meyvələr və qatıq uyğun hesab edilir.