Quru öskürək ürək xəstəliyinin əlaməti ola bilər
Sağlamlıq
Kəskin respirator virus infeksiyası əlamətləri olmadan yaranan quru öskürək bəzən ürək-damar sistemi xəstəlikləri ilə əlaqəli ola bilər.
News24.az xəbər verir ki, bu barədə rusiyalı terapevt Viktor Lişin məlumat verib.
Həkimin sözlərinə görə, ürək qanı kifayət qədər effektiv pompalamadıqda ağciyər damarlarında təzyiq yüksəlir və bu, öskürəyə səbəb ola bilər.
Ürəklə əlaqəli öskürək adətən quru olur və fiziki hərəkət zamanı güclənə bilər. Bu zaman nəfəs darlığı, tez yorulma, ayaqlarda və göz ətrafında şişkinlik də müşahidə edilir.
Mütəxəssis belə əlamətlər olduqda həkimə müraciət etməyi tövsiyə edib.
Diaqnoz üçün EKQ, exokardioqrafiya və kompüter tomoqrafiyası kimi müayinələr tələb oluna bilər.