Yeməkdən sonra bu 3 şeyi mütləq edin
Sağlamlıq
Yeməkdən sonra qan şəkərində kəskin artım bir çox insan üçün narahatlıq yaradır.
News24az-ın məlumatına görə, mütəxəssislər yeməkdən sonra qan şəkərini balansda saxlamaq üçün sadə, lakin təsirli üç tövsiyə irəli sürürlər.
Bildirilib ki, yeməkdən sonra 10 dəqiqəlik yüngül gəzinti əzələlərin aktivləşməsinə kömək edir və qlükozanın qanda yığılmasının qarşısını alır. Bundan başqa, kifayət qədər su içmək orqanizmdə şəkərin tənzimlənməsinə dəstək olur və artıq qlükozanın bədəndən atılmasını asanlaşdırır.
Mütəxəssislər həmçinin yeməklərin lifli qidalarla tamamlanmasının vacibliyini vurğulayırlar. Liflə zəngin qidalar karbohidratların sorulmasını yavaşladaraq qan şəkərinin tədricən yüksəlməsinə şərait yaradır.