Yuxudan gec duranlara pis xəbər: Bunu heç kim bilmir
Sağlamlıq
Beyninizin sağlam qalması üçün erkən yatmaq lazımdır.
News24.az xəbər verir ki, mütəxəssislər erkən yatmağın beyin üçün bir neçə mühüm faydasını açıqlayıblar.
Araşdırmalar göstərir ki, gec saatlara qədər oyaq qalmaq yalnız yorğunluq və diqqət pozğunluğuna səbəb olmur, uzun müddətdə beynin funksiyalarına da mənfi təsir göstərir. Erkən yatmaqla beyin gün ərzində yığılmış toksinləri daha effektiv şəkildə təmizləyir ki, bu da yaddaşın qorunması və Alzheimer kimi xəstəliklərin riskinin azalmasına kömək edir.
Həmçinin yuxu zamanı beynimiz öyrəndiklərimizi yaddaşa köçürür, emosiyaları tarazlayır və diqqəti gücləndirir.