Yuxusuzluq ciddi təhlükədir: Mütəxəssislərdən xəbərdarlıq

 Yuxusuzluq ciddi təhlükədir: Mütəxəssislərdən xəbərdarlıq Sağlamlıq

Yuxusuzluq düşündüyümüzdən daha təhlükəlidir.

News24.az-ın məlumatına görə, mütəxəssislər bildirir ki, uzun müddət yatmamaq insanı sərxoş edir.

24 saat yuxusuz qalmaq diqqəti azaldır, reaksiyanı zəiflədir və düzgün qərar verməyi çətinləşdirir. Araşdırmalara görə, insanların çoxu yuxunun vacib olduğunu bilsə də, yalnız az hissəsi dincəlmiş şəkildə oyanır. Texnologiyadan çox istifadə və gündəlik stress yuxu keyfiyyətini aşağı salır.

Yuxu zamanı beyin bədəni təmizləyir, yaddaşı gücləndirir və immun sistemini möhkəmləndirir.

Mütəxəssislər xəbərdarlıq edir ki, uzun müddətli yuxusuzluq piylənmə, diabet və ürək xəstəlikləri riskini artırır. Buna görə də yaxşı yuxu sağlam həyat üçün çox vacibdir.