Zehni məşğələlər alzheimer riskini azalda bilər
Sağlamlıq
Mütəxəssislər bildirirlər ki, oxumaq, tapmaca həll etmək və yeni bacarıqlar öyrənmək alzheimer xəstəliyinə tutulma riskini azalda bilər.
News24.az xəbər verir ki, beynin daim aktiv qalması – məsələn, yeni biliklər öyrənmək və müntəzəm oxumaq idrak funksiyalarının zəifləməsini yavaşladır və xəstəliyin başlanma vaxtını gecikdirə bilər.
Tədqiqatlar göstərir ki, yazmaq, yeni dil öyrənmək, şahmat oynamaq, tapmaca həll etmək və muzeylərə getmək kimi zehni məşğələlər alzheimer riskini azaldır.
Raş Universitetinin neyropsixoloqu Andrea Zammit bildirib ki, bu məşğələlər beynin müxtəlif hissələrini işə salır və düşünmə qabiliyyətini gücləndirir.