1 milyon aliment borcu olan reperin evi hərraca çıxarılır
Şou
Rusiyada məhkəmə reper Ciqanın Moskvaətrafı ərazidə yerləşən evinə həbs qoyulması barədə qərar qəbul edib.
News24.az xəbər verir ki, söhbət “Şato Sovren” kottec qəsəbəsində yerləşən üçmərtəbəli malikanədən gedir.
Torpaq sahəsi ilə birlikdə əmlakın dəyəri 360 milyon rubl qiymətləndirilir.
Əmlaka həbs qoyulmasına səbəb reperin aliment ödənişləri üzrə 1 milyon 737 min 737 rubl borcu olub.
Borcun ödənilməsi üçün onun əmlakı hərraca çıxarıla bilər.