“1200 manatımı oğurladılar”
Şou
Əməkdar artist Aybəniz Haşımova başına gələn dələduzluq hadisəsindən danışıb.
News24.az xəbər verir ki, bu barədə sənətçi “7 Tamam”da açıqlama verib. O, qızı Aynişan Quliyevanın adından yazan dələduza aldanmasından söz açıb:
“Tələbəm Hikmətin qonaqlığı idi, başım ona qarışmışdı. O adam kimdirsə, mənim orada olduğumu bilib. Fikirləşib ki, əgər evdə olsam, ayıq başla onu yazanın Aynişan olub-olmadığını biləcəyəm. Sonra yazışmalara baxdım ki, nə qədər səhvləri var idi. Milanaya yazmışdı, ona görə aldandım. Milanaya “Milaşka” yazıb. Haradan bilir ki, mən Milaşka deyirəm? Soruşub ki, müəllimən haradadır? Deyib, Hikmətin qonaqlığındayıq. Axı Teleqramda nömrə görünmür, ad yazılır. Bir maraqlı məqam var ki, həmişə Aynişanın yazdığı cümləni yazmışdı: “Ana mənə kartından pul göndərərsən?”. /olay