16 yaşlı qız səhnəyə çıxdı, 1 milyon dollar qazandı - Video
Şou
“America’s Got Talent” yarışmasının 21-ci mövsümünün qalibi bəlli olub.
News24.az xəbər verir ki, 16 yaşlı müğənni və gitaraçı Nene Royal yarışmada qalib gələrək 1 milyon dollar mükafat qazanıb.
O, finalda “Seven Nation Army” mahnısını ifa edib.
Qeyd edək ki, Nene Royal daha əvvəl “Zombie” ifası ilə münsiflərin diqqətini çəkərək birbaşa final turuna keçmişdi.