44 il həbsi istənilən Bahar Candan azadlığa buraxıldı
Şou
Dələduzluq və cinayət təşkilatına üzv olmaq ittihamı ilə həbs edilən Bahar və Nihal Candan da daxil olmaqla 21 müttəhimin məhkəməsi keçirilib.
News24.az Yenicag.az-a istinadla xəbər verir ki, məhkəmə türkiyəli fenomen Bahar Candan da daxil olmaqla 6 müttəhimin azadlığa buraxılmasına qərar verib.
İclasda şikayətçilərin ifadələri və təqsirləndirilən şəxslərin müdafiəsi dinlənildikdən sonra elan edilib.
Qeyd edək ki, Bahar Candanın 14 ildən 44 ilədək həbsi tələb edilirdi.