Bacısının günahsız olduğunu deyir

Bacısının günahsız olduğunu deyir Şou

Türkiyəli müğənni Güllünün ölümü ilə bağlı məhkəmə işində yeni inkişaf yaşanıb.

News24.az xəbər verir ki, anasını öldürməkdə təqsirli bilinərək ağırlaşdırılmış ömürlük həbs cəzasına məhkum edilən Tuğyan Ülkem Gülterin vəkili Merve Uçanok qardaşı Tuğberk Hamza Yağız Gülterin apellyasiya şikayətinə cavab təqdim edib.

Vəkil ərizəsində Güllünün ölümünün qətl deyil, yıxılma və ya intihar nəticəsində baş vermiş ola biləcəyini iddia edib.

O, hadisə zamanı Güllünün 3,53 promil spirtli içkinin təsiri altında olduğunu, qəbul etdiyi dərmanların da fiziki vəziyyətinə təsir göstərə biləcəyini irəli sürüb.

Merve Uçanok həmçinin Tuğberk Gülterin vəkillərinin iş materiallarına təqdim etdiyi “Hadi görüşürüz” səs yazısı ilə bağlı ekspert rəylərinin elmi baxımdan yetərli olmadığını bildirib. Onun sözlərinə görə, rəyləri hazırlayan şəxslərin məhkəmə audioekspertizası sahəsində mütəxəssisliyi yoxdur.

Vəkil qarşı tərəfin hüquqşünaslarının daha əvvəl təxminən üç ay Tuğyan Gülterin vəkili kimi fəaliyyət göstərməsinə də diqqət çəkərək bunu ziddiyyətli hal kimi qiymətləndirib.

Uçanok Tuğberk Gülterin apellyasiya şikayətinin rədd edilməsini, özünün təqdim etdiyi şikayətin isə qəbul olunaraq Tuğyan Gülterin bəraət almasını tələb edib.

Qeyd edək ki, müğənni Güllü 2025-ci il sentyabrın 26-da Yalovadakı evinin pəncərəsindən yıxılaraq həyatını itirib. Onun ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə prosesi davam edir.