48 yaşlı Xatunun açıq-saçıq libası aləmi qatdı: “Özünü gözdən salma...” - VİDEO

48 yaşlı Xatunun açıq-saçıq libası aləmi qatdı: “Özünü gözdən salma...” - VİDEO Şou

Müğənni Xatun Əliyeva yenidən geyimi ilə dilə-ağıza düşüb.

News24.az xəbər verir ki, qara və qızılı detallardan ibarət açıq-saçıq libas sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

48 yaşlı ifaçının səhnə obrazını bəziləri cəsarətli və fərqli sayılsa da, izləyicilərin böyük əksəriyyəti geyimi sərt tənqid edib.  pizza mizza

Sosial şəbəkələrdə yazılan şərhlərdə istifadəçilər Xatunun son vaxtlar xeyli arıqladığını və formasını qoruduğunu qeyd etsələr də, seçdiyi obrazın ona yaraşmadığını bildiriblər.

Şərhlərdən birində belə yazılıb: “Xatunu çox istəyirəm, özü də əla arıqlayıb, amma geyimini heç xoşlamadım. Çox əndrəbadi, eybəcər geyimdir, adına yaraşmayan. Xatun, sən də soyunub özünü gözdən salma...”

Başqa bir izləyici isə sənətçinin əvvəlki obrazını xatırladaraq narazılığını belə ifadə edib: “Bu nə geyimdir? Buna nə oldu, bu ki abırlı idi?!”

Bəzi istifadəçilər isə müğənninin stil baxımından Aygün Kazımovaya bənzəməyə çalışdığını iddia ediblər: “Xatun Aygün Kazımovaya bənzəməyə çalışır.  Mümkün deyil, özünüz olun!”. ("Yeni Sabah")