52 yaşlı müğənni qısa geyimi ilə diqqət çəkdi – FOTO

52 yaşlı müğənni qısa geyimi ilə diqqət çəkdi – FOTO Şou

Rusiyalı müğənni Natali həmkarı Nikolay Baskovun yubiley gecəsində geyindiyi libasla diqqət mərkəzinə düşüb.

News24.az xəbər verir ki, sənətçi gecədə ultra qısa donla səhnəyə çıxaraq Baskovla birlikdə məşhur “Nikolay” mahnısını ifa edib. Müğənni çıxışdan görüntüləri sosial şəbəkə hesabında paylaşıb.

52 yaşlı Natali formada qalmasının sirlərindən də danışıb. O, qidalanmasına diqqət yetirdiyini, həddindən artıq yeməkdən çəkindiyini, un məmulatlarını və şirniyyatları isə demək olar ki, rasionundan çıxardığını bildirib. Sənətçinin sözlərinə görə, gündəlik fiziki aktivliyi kifayət qədər olduğundan ayrıca idmanla məşğul olmağa ehtiyac duymur.

Qeyd edək ki, Natalinin prodüser Aleksandr Rudinlə nikahından üç oğlu var.