80-lər trendində hamını geridə qoydu – FOTOLAR
Şou
Sosial medianı bürüyən 80-ci illər trendinə Yeşilçamın əfsanəvi aktrisası Türkan Şoray da qoşulub.
News24.az xəbər verir ki, sənətçinin süni intellektlə hazırlanan 80-ci illər fotoları trendinə qoşulmaq üçün həmin dövrdə çəkilmiş öz fotosunu paylaşması böyük maraqla qarşılanıb.
Türk kinosunun ən məşhur simalarından biri olan Türkan Şoray çoxsaylı filmlərdə canlandırdığı obrazlarla tamaşaçıların yaddaşında silinməz iz qoyub. Aktrisanın 80-ci illərə aid fotosunu paylaşması isə sosial şəbəkələrdə qısa müddətdə gündəmə çevrilib.
Şoray digər məşhurlardan fərqli olaraq trendə süni intellektlə hazırlanmış görüntü ilə deyil, məhz həmin illərdə çəkilmiş real fotosu ilə qatılıb.
Paylaşımın ardından aktrisanın fotosu çoxsaylı bəyənmə və şərhlə qarşılanıb. İzləyicilər Türkan Şorayın trendə öz fotosu ilə qoşulmasını yüksək qiymətləndirərək “Trendin əsl sahibi”, “Sultan son nöqtəni qoydu” kimi rəylər yazıblar. (Yeni Sabah)