Afra Saraçoğlunun narkotik testi ilə bağlı yeni açıqlama
Şou
News24.az xəbər verir ki, Türkiyəli aktrisa Afra Saraçoğlunun narkotik araşdırması çərçivəsində götürülən saç nümunəsində kokain aşkarlanıb. Aktyor Aras Bulut İynemlinin isə qan, sidik və saç analizlərində isə narkotik maddə izinə rast gəlinməyib.
Saraçoğlu açıqlamasında qan və sidik analizlərinin mənfi olduğunu bildirib. O, saç analizində aşkarlanan izlə bağlı bunun xarici təmas və ya passiv məruz qalma nəticəsində yaranmasının mümkün olduğunu deyib. Aktrisa narkotik istifadə etmədiyini vurğulayıb.
Hadisə Türkiyədə məşhurlara qarşı aparılan narkotik istintaqı çərçivəsində araşdırılır.