Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO

Ağır qəzada qolunu itirən "Nikosayağı" aylar sonra göründü - VİDEO Şou

"Nikosayağı" ləqəbi ilə tanınan bloger Nicat Şakirli qardaşının toy mərasimində diqqət mərkəzinə düşüb.

News24.az xəbər verir ki, şənlik zamanı çəkilən görüntülərdə ən diqqətçəkən məqam isə Nicat Şakirlinin sağ qoluna quraşdırılan protez olub.

Sosial şəbəkə istifadəçiləri onun məclisdəki görüntülərinə çoxsaylı şərhlər yazaraq dəstək nümayiş etdiriblər.

Xatırladaq ki, 2023-cü ilin avqust ayında N.Şakirli idarə etdiyi "Porsche" markalı avtomobillə yük maşınına çırpılaraq ağır qəza törədib. Hadisə nəticəsində avtomobildə olan blogerin yaxın dostu Ruslan Məmmədov vəfat edib. Nicat Şakirli özü isə ağır xəsarət alıb və nəticədə onun sağ qolu dirsəkdən amputasiya olunub. (Oxu.az)