Şakira keçmiş həyat yoldaşını yenidən məhkəməyə verdi

Şakira keçmiş həyat yoldaşını yenidən məhkəməyə verdi Şou

Müğənni Şakira keçmiş futbolçu Jerar Pikenin uşaqlarla görüşməsi məsələsi ilə bağlı məhkəməyə müraciət edib.

News24.az xəbər verir ki, “EL PAİS”in məlumatına görə, tərəflər məsələ ilə bağlı Barselona məhkəməsində görüşəcəklər.

Şakira Pikenin uşaqlarını görmək üçün Mayamiyə uçmasını tələb edir.

2023-cü ilin aprelindən 13 yaşlı Milan və 11 yaşlı Saşa anaları ilə birlikdə Mayamidə yaşayırlar. Şakira hesab edir ki, uşaqların tez-tez uçuş etməməsi üçün səfər cədvəli dəyişdirilməlidir.

Müğənni uşaqlarının ataları ilə keçirdiyi vaxtı məhdudlaşdırmaq istəmədiyini bildirib. Onun sözlərinə görə, məqsəd səyahət yükünü valideynlər arasında bölüşdürmək və bunun uşaqların məktəb və sosial həyatına təsirini azaltmaqdır.

Qeyd edək ki, Şakira və Jerar Pike 2010-cu ildə münasibətə başlayıblar. Cütlüyün Milan və Saşa adlı iki oğlu var. Onlar 2022-ci ildə ayrılıblar.