Aras Bulut İynemli və Sefo saxlanıldı

Aras Bulut İynemli və Sefo saxlanıldı Şou

Türkiyədə məşhurlara qarşı narkotik vasitələrlə bağlı əməliyyat keçirilib.

News24.az xəbər verir ki, İstanbulun Bakırköy rayon prokurorluğunun başlatdığı araşdırma çərçivəsində aktyor Aras Bulut İynemli və repçi Sefo da daxil olmaqla, çox sayda şəxs barəsində saxlanılma qərarı verilib.

Prokurorluğun açıqlamasına görə, araşdırma çərçivəsində aktyor, müğənni, iş adamı, sahibkar və sosial media fenomeni kimi tanınan bəzi şəxslərin narkotik və ya psixotrop maddələrdən istifadə etməsi, narkotik vasitələrdən istifadəyə şərait yaratması və ya bunun üçün məkan təmin etməsi ilə bağlı şübhələri təsdiqləyən sübutlar əldə olunub.

Saxlanılma qərarlarının icrası üçün İstanbul Vilayət Jandarm Komandanlığına göstəriş verilib.

Sentyabrın 18-də 18 şübhəlinin saxlanılması, onların ünvanlarında axtarış aparılması və bioloji nümunələrinin götürülərək ekspertizaya göndərilməsi tapşırılıb.

Şübhəlilərin jandarmdakı prosedurlar başa çatdıqdan və ifadələri alındıqdan sonra Bakırköy rayon prokurorluğuna təqdim olunması nəzərdə tutulur.

Saxlanılan şəxslərin siyahısını təqdim edirik:

Aras Bulut İynemli – aktyor

Seyfullah Sağır (Sefo) – repçi

Melis Sezen – aktrisa

Nilperi Şahinkaya – aktrisa

Hande Demir

Hasan Şaş – keçmiş futbolçu

Melis İşiten

Yeliz Yeşilçimen

Anıl Durmuş

Hazal Filiz Küçükköse

Volkan Akçıray

Zeynəb Akçıray

Eda Güzelcik

Sezer Çakır

Sayat Zurnacı

Araşdırmanın davam etdiyi bildirilib.