"Avroviziya 2026": final gecəsi baş tutdu

"Avroviziya 2026": final gecəsi baş tutdu Şou

Azərbaycanın ölkələrə verdiyi xallar məlum olub.

News24.az xəbər verir ki, ölkəmizdən 12 xal İtaliya təmsilçisinə gedib.

Bununla yanaşı, 10 xal Ukraynaya, 8 xal Serbiyaya, 7 xal Xorvatiyaya, 6 xal isə Albaniyaya verilib.

**02:08

Avstriyada “Avroviziya 2026” mahnı müsabiqəsinin finalında bütün ölkələrin çıxışı yekunlaşıb.

News24.az xəbər verir ki, hazırda ölkələr səslərini açıqlayır.

**23:03

"Avroviziya 2026" mahnı müsabiqəsinin final gecəsi başlayıb. 

News24.az xəbər verir ki, bu gecə iki yarımfinaldan finala yüksələn 20 ölkə və birbaşa finala vəsiqə qazanan 4 ölkə və ev sahibi Avstriya iştirak edir.

Finalda çıxış edəcək ölkələr bunlardır: Danimarka, Belçika, İsrail, Almaniya, Albaniya, Yunanıstan, Ukrayna, Avstraliya, Serbiya, Malta, Çexiya, Bolqarıstan, Xorvatiya, Birləşmiş Krallıq, Fransa, Moldova, Finlandiya, Polşa, Litva, İsveç, Kipr, İtaliya, Norveç, Rumıniya, Avstriya.

Xatırladaq ki, ikinci yarımfinalda çıxış edən Azərbaycan finala keçə bilməyib.