“Avroviziya 2026”nın ilk FİNALÇILARI
Şou
“Avroviziya 2026” nın ilk finalçıları müəyyənləşib.
News24.az xəbər verir ki, birinci yarımfinalda daha çox səs toplayan 10 ölkə finala keçib.
Həmin ölkələr bunlardır: Yunanıstan, Finlandiya, Belçika, İsveç, Moldova, İsrail, Serbiya, Xorvatiya, Litva, Polşa.
**00:40
"Avroviziya 2026" mahnı müsabiqəsinin birinci yarımfinalında bütün iştirakçıların çıxışları yekunlaşıb.
News24.az xəbər verir ki, hazırda səsvermə gedir.
Azərbaycan bu mərhələdə səsvermədə iştirak etmir.
**23:04
Avstriyada "Avroviziya 2026" mahnı müsabiqəsi keçirilir
News24.az xatırladır ki, Azərbaycanı müsabiqədə bu il JIVA "Just go" mahnısı ilə təmsil edir.
Təmsilçimizin çıxışı ikinci yarımfinalda, yəni mayın 14-də olacaq. Final isə mayın 16-da baş tutacaq.
Xatırladaq ki, builki müsabiqə yubiley, yəni 70-ci müsabiqədir.