"Avroviziya 2026": Azərbaycan finala keçə bilmədi

"Avroviziya 2026": Azərbaycan finala keçə bilmədi Şou

"Avroviziya 2026" mahnı müsabiqəsinin ikinci yarımfinalında səsvermə yekunlaşıb. 

News24.az xəbər verir ki, finala vəsiqə qazanan növbəti onluq məlum olub.

Həmin ölkələr bunlardır: Bolqarıstan, Ukrayna, Norveç, Avstraliya, Rumıniya, Malta, Kipr, Albaniya, Danimarka,

Azərbaycan finala keçə bilməyib.

**00:36

"Avroviziya 2026" mahnı müsabiqəsində bütün çıxışlar yekunlaşıb.

News24.az xəbər verir ki, artıq səsvermə başlanıb.

Azərbaycan da bu mərhələdə səs verə bilir.

**23:06

70-ci "Avroviziya" Mahnı Müsabiqəsinin ikinci yarımfinalı başlayıb. 

News24.az xəbər verir ki, Azərbaycan təmsilçisi JIVA (Cəmilə Həşimova) bu yarımfinalda çıxış edir.

Təmsilçimiz səhnəyə ikinci nömrə altında çıxacaq və "Just go" mahnısını ifa edəcək.

Qeyd edək ki, bu mərhələdə Azərbaycan da səsvermədə iştirak edə biləcək.