Avroviziya təmsilçimizə "Space" TV-də vəzifə verildi
Şou
Avroviziya təmsilçimiz Fahree “Space TV”də yüksək vəzifəyə təyin olunub.
News24.az xəbər verir ki, bu barədə kanalın sosial şəbəkə hesabında paylaşım edilib.
Bildirilib ki, Azərbaycanı “Avroviziya” mahnı müsabiqəsində (2024-cü il) təmsil etmiş Fahree (Fəxri İsmayılov) “Space TV”nin Baş direktorunun müşaviri vəzifəsinə gətirilib.
O, yeni vəzifəsində telekanalın strateji inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi, musiqili layihələrin hazırlanması və yaradıcı konsepsiyaların formalaşdırılmasına məsul olacaq.