Ayaqqabı səhvinə görə yarım milyon baxılan anons silindi
Şou
Türkiyənin məşhur “Uzak Şehir” serialının 70-ci bölümünün həyəcan dolu finalından sonra yayımlanan yeni seriyanın fraqmanı qısa müddət sonra silinib.
News24.az xəbər verir ki, yarım milyondan çox izlənən anonsdakı Cihanın Alyanı xəstəxanaya apardığı səhnə xüsusi diqqət çəkib.
Fraqman silinib yenidən yükləndikdə, diqqətli izləyicilər dərhal bir uyğunsuzluq aşkar edib.
Belə ki, Cihanın Alyanı qucağında apardığı səhnədə ayaqqabılarının dəyişdiyi məlum olub.
Əvvəlki versiyada görünən hündürdaban ayaqqabılar, yenidən yüklənən videoda çəkmələrlə əvəz olunub.
Sosial şəbəkələrdə geniş müzakirə olunan həmin səhnəyə izləyicilər belə şərhlər yazıb:
“Yeganə qüsurunuz bu olsun!”, “Buna görə bütün o izlənmə və aktivliyi silib atdınız...”, “Həqiqətənmi treyleri sırf səhv ayaqqabılar göründüyü üçün sildiniz? Zarafat edirsiniz?”, “Biz buna heç fikir verməzdik belə, nə qədər izlənmə boşa getdi!”, “Yarım milyon izlənmə yoxa çıxdı, çox heyf!”