Ayaz Salayev Röya barışıb? - "Nə istəsə danışsın, mənə qəbuldur"

Ayaz Salayev Röya barışıb? - "Nə istəsə danışsın, mənə qəbuldur" Şou

Əməkdar incəsənət xadimi Ayaz Salayev Xalq artisti Röya Ayxanla barışması ilə bağlı yayılan məlumata aydınlıq gətirib.

News24.az xəbər verir ki, Ayaz Salayev açıqlamasında Röya Ayxandan küsmədiyini bildirib:

"Bunu lap əvvəldən də demişəm. İndi də təkrar edirəm, Röya gözəl xanımdır, haqqımda nə istəsə danışsın, mənə qəbuldur. Amma barışmaq sözü düzgün deyil, mən heç vaxt ondan küsməmişəm. Röya nə istəsə, deyə bilər".

Xatırladaq ki, bir müddət əvvəl "Azərbaycanfilm” kinostudiyasının baş redaktoru Ayaz Salayev Xalq artisti Röya Ayxanın arasında qalmaqal yaranmışdı. Röyanın Kann Film Festivalında "Azərbaycan musiqisinin mədəniyyət səfiri” mükafatı ilə təltif olunmasına fikir bildirən Ayaz Salayev sözügedən mükafatın Kann Film Festivalı ilə heç bir əlaqəsi olmadığını vurğulamışdı.

Röya Ayxan isə video yayaraq Ayaz Salayevin ünvanına sərt ifadələr işləymişdi:

"Rəhmətliklər təzədən dirilib. Ayaz Salayev, sizdən başlayıram: Məni gördünüz salamlaşırsınız, özünüzə gəlin. Yaxşı? Öyrəşmişəm ölənləri diriltməyə, amma siz elə ölü qalın". (qaynarinfo)