Aybəniz Haşımova: "Allah onu mənə bağışladı..."
Şou
Əməkdar artist Aybəniz Həşimova qızı Aynişan Quliyeva ilə bağlı təsirli paylaşım edib.
News24.az xəbər verir ki, bu barədə əməkdar artist sosial şəbəkə hesablarında yazıb:
"O gün çox qəribə bir gün idi…
Sanki Allahla üz-üzə qaldığım, həyatımın ən böyük imtahanını verdiyim gün idi.
Həmin gün “ana” adını qazanacaqdım.
Bəzi hisslər var ki, sözlə ifadə olunmur… yaşanır.
O gün də elə möcüzəvi günlərdən biri idi.
Hamı məni gözləyirdi… mən isə Onu...
Gecə idi… xəstəxana… iki saylı doğum evi…
Mən və məni gözləyən insanlar…
Amma mən o an yalnız Allahla danışırdım.
Tək bir arzum vardı – balamın sağ-salamat dünyaya gəlməsi.
Bəlkə də o gün əllərim göyə min qat uzanmışdı…
O günə qədər ana necə dua edir ğörməmişdim.
Amma o gecə dualarım sanki göylərlə bir olmuşdu.
Aylar idi… çox əziyyət çəkmişdim…
Onun dünyaya sağ-salamat doğulması üçün…
Göydə Allah, yerdə həkimlər onu qorudular…
Və gecə saat 01:30…
20-dən 21-ə keçən gecə…
Bir səs gəldi…
Bu səsi mən sanki əvvəl də eşitmişdim…
Bir vaxtlar səhnədə cox zil səslə mübəriqqə oxuyarkən, zil bir notda içimdən gələn bir haray duymuşdum…
O səs… balamın səsi idi…tanıdım onu...
Sanki o düşünürdü ki, anası fəryad edir…
O an başa düşdüm – ana fəryad edəndə balanın canı necə yanırmısh...
Fərq etməz… o sənin bətnindədir, yada dünyada…
O, səninlə yaşayır.
Və o gün… Allah onu mənə bağışladı…
Mən başqa bir dünyaya düşdüm…
O dünyada yalnız mən və balam var idi.
Mən o dünyada çox xoşbəxt idim…
Hər şeyi unutmuşdum…
Ona qədər olan ağrılarımı, çətinliklərimi…
Çünki onun gəlişi mənim üçün bir məlhəm idi… bir şəfa idi…
Və o gündən sonra…
Əllərim göydədir… dualarımla…
Balamı Allaha əmanət etdim.
Mən onu dünyaya gətirdim…
Amma onu qorumağı Allahdan istədim…
İndi də istəyirəm…
Qoy Allah mənim balamı qorusun…
Qoy Allah bütün balaları qorusun…
Dualarla yaşayan bütün anaların dualarını Allah qəbul etsin…
Mənim balam isə… min budaq olsun…
Ucaldıqca ucalan, xeyirli, mərhəmətli bir insan olsun…
Allah heç kimin balasını peşman etməsin…
Və heç kimə imkan verməsin ki,kimsə,kiminsə övladını incitsin…
Səni bu dünyada ən çox xoşbəxt görmək istəyən insan kimi deyirəm: AYNİM!
Mən bilirəm, sənin ürəyində heç vaxt pis niyyət olmaz…
Sən bu dünyanı sevən, insanları sevən bir qəlbə sahibsən…
Qoy Allah da səni qorusun…
Səni arzularına çatdırsın…
Sən dünyanın ən gözəl övladlarından birisən…daim var ol!
Səni bu həyatda hamıdan çox sevən –
Anan❤"