Aysun körpəsini qızıl suyunda çimizdirəcək

Aysun körpəsini qızıl suyunda çimizdirəcək Şou

Yenicə ana olan müğənni Aysun İsmayılova körpəsini qızıl suyunda yuyundurub.

News24.az Lent.az-a istinadla xəbər verir ki, müğənni öz sosial şəbəkə hesabında  bildirib ki, körpəsini  qədim el adətlərinə əsasən 10-cu günündə qızıl atılmış suda çimizdirəcək.

“Balama hədiyyə gəlmiş qızılları onun vannasına atacam, qızıl suyunda cimizdirəcəm. Qoy ayağı ruzili olsun” deyə o qeyd edib.