Aysun onlardan polisə şikayət etdi: "Pulumu qaytarmırlar" - Video

Aysun onlardan polisə şikayət etdi: "Pulumu qaytarmırlar" - Video Şou

Müğənni Aysun İsmayılova mebel təmiri ustalarından hüquq-mühafizə orqanlarına şikayət edib.

News24.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında məlumat verib.

Bildirib ki, mebellərini yeniləmək üçün evinə ustalar çağırıb. Həmin şəxslər müğənninin 12 min manat dəyərindəki mebelini aparıblar. Üstəlik mebellərin bərpası üçün A.İsmayılovadan 5 min manat nəğd pul da alıblar.

Razılaşmadan 6 ay vaxt keçməsinə baxmayaraq, sənətçinin mebellər təmiri olunmadan geri qaytarııb.

İfaçı bildirib ki, ustalar bir müddətdən sonra mebeli geri gətirsələr də, ödənilən 5000 manat vəsaiti qaytarmaqdan imtina ediblər.

“Məni aldatdılar. Evimə gəldilər və bildirdilər ki, bir ay içində mebeli restavrasiya edib geri qaytaracaqlar. Məndən görüləcək işlər üçün 50 faiz ödəniş də aldılar. Lakin sonradan onlarla əlaqə saxlamaq mümkün olmadı. Məsələ ilə bağlı polisə şikayət etdik. Bu insan sonradan 12 min manat dəyərindəki mebelemi satmaq istədiyini, əvəzində isə mənə ucuz materialdan özlərinin hazırladıqları mebeli verməyi planlaşdırdığını etiraf etdi. Hazırda pulumu qaytarmılar”, - deyə Aysun bildirib.