Azərbaycandan olan səsləri o açıqlayacaq
Şou
"Avroviziya 2026" beynəlxalq mahnı müsabiqəsinin bu gün keçiriləcək final gecəsində Azərbaycandan olan səsləri kimin açıqlayacağı bəlli olub.
News24.az xəbər verir ki, səsləri 2012-ci ildə müsabiqədə ölkəmizi təmsil edən Əmıkdar artist Səbinə Babayeva təqdim edəcək.
Xatırladaq ki, Azərbaycan təmsilçisi Jiva finala vəsiqə qazana bilməyib. Finalda 25 ölkə çıxış edəcək.
Qeyd edək ki, Səbinə 2012-ci il, 17 may tarixində Bakıda baş tutan gecədə "When the Music Dies" mahnısı ilə 4-cü yeri tutmuşdu. (Unikal)