Azərbaycanı "Avroviziya"da o təmsil edəcək

Azərbaycanı "Avroviziya"da o təmsil edəcək Şou

Azərbaycanı "Avroviziya 2026" mahnı müsabiqəsində təmsil edəcək ifaçının adı açıqlanıb.

News24.az xəbər verir ki, Azərbaycanı “Avroviziya 2026” müsabiqəsində JIVA təmsil edəcək. JIVA (Cəmilə Həşimova) — güclü vokalı və səmimi ifaları ilə tanınan azərbaycanlı müğənnidir.

Onun yaradıcılıq yolu 2003-cü ildə keçirilən “Bakı Payızı” müsabiqəsində ikinci yer qazanması ilə başlayıb. O, 2007-ci ildə “Show Time” layihəsində iştirak edib, 2011-ci ildə isə “Avroviziya” milli seçim həftəsində ilk üçlüyə daxil olmağı bacarıb.

Müğənni müxtəlif musiqi layihələrində iştirak edib. O, Xalq artisti Rəşad Haşımovun rəhbərlik etdiyi məşhur RAST ansamblı ilə çıxış edib və “Montreux Jazz Festivalı”nda səhnəyə çıxıb. Daha sonra Hazz Band qrupunun solisti kimi fəaliyyət göstərərək caz elementlərini müasir estrada ilə birləşdirib.

2017-ci ildən etibarən JIVA karyerasını solo olaraq davam etdirir. O, pop, dance və R&B janrlarında Azərbaycan, rus və ingilis dillərində mahnılar ifa edir.

2018-ci ildə müğənni “Jara” Beynəlxalq Musiqi Festivalının böyük səhnəsində çıxış edib. 2025-ci ildə isə Röya Ayxanın komandasında “Səs Azərbaycan” (The Voice of Azerbaijan) layihəsinin qalibi olub.

JIVA həmçinin EMIN, Zülfiyyə Xanbabayeva, Manana, Samir Bağırov və digər sənətçilərlə birlikdə “Azərbaycan! Mən səni sevirəm” adlı vətənpərvərlik layihəsində iştirak edib.

Xatırladaq ki, Azərbaycanın “Avroviziya 2026” beynəlxalq mahnı müsabiqəsində təmsil olunması üçün keçirilən seçim mərhələsinə ümumilikdə 100 müraciət daxil olub və bu çərçivədə 186 mahnı təqdim edilib. Təqdim olunan mahnılardan 107-si yerli müəllif və ifaçılar, 79-u isə xarici müəlliflər tərəfindən göndərilib.

Azərbaycanı "Avroviziya"da o təmsil edəcək Azərbaycanı "Avroviziya"da o təmsil edəcək Azərbaycanı "Avroviziya"da o təmsil edəcək Azərbaycanı "Avroviziya"da o təmsil edəcək