Bakıda konserti gözlənilən türkiyəli reperə 23 minlik cəza - Foto

Bakıda konserti gözlənilən türkiyəli reperə 23 minlik cəza - Foto Şou

Əsl adı Hakan Aydın olan, "Sebebi Yar", "Kusura Bakma" və "Napıyosun Mesela?" kimi populyar mahnıların ifaçısı Blok3, ötən aylarda Ataşehirdəki adi yol polisi yoxlanışları zaman saxlanılmışdı.

News24.az NTV-yə istinadən xəbər verir ki, artıq sənətçinin alacağı cəza müəyyənləşib.

Yoxlanış zamanı onun nəinki sürücülük hüququ olmadan avtomobil sürdüyü, həmçinin qanında 1.14 promil spirtli içki olduğu aşkar edilmişdi.

24 yaşlı Hakan Aydına 23 min 437 lirə məbləğində inzibati cərimə tətbiq edilib və barəsində "Yol hərəkəti təhlükəsizliyini pozma" maddəsi ilə istintaq başladılıb.

Məlumata əsasən, sənətçiyə ilkin olaraq səkkiz ay müddətinə azadlıqdan məhrumetmə cəzası kəsilməsi qərara alınıb. Daha sonra isə qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər çərçivəsində Hakan Aydının cəzası yarıya qədər azaldılaraq dörd aylıq həbslə əvəz olunub. Blok3-ün məhkumluq tarixçəsi və maddi vəziyyəti dəyərləndirildikdən sonra isə bu qərarın 12 min TL məbləğində məhkəmə cəriməsi ilə əvəz edildiyi bildirilir.

Qeyd edək ki, Blok3-ün noyabrın 7-də Bakıda konsert verməsi planlaşdırılırdı.