Bartu Kamal efirə qayıtdı

Bartu Kamal efirə qayıtdı Şou

Aparıcı Zaur Kamalın oğlu Bartu Kamal efirə qayıdıb. 

News24.az xəbər verir ki, ARB kanalında yayımlanan “Axşam 7-də” verilişinin bugünkü buraxılışında Bartu Kamal da yer alıb.

Belə ki, tamaşaçıları salamlayan aparıcı Gülzar Fərəcova artıq verilişi Bartu Kamal ilə birlikdə aparacaqlarını bildirib.

Xatırladaq ki, bir müddət əvvəl Zaur Kamal və oğlu Bartu Kamal da aralarında olmaqla, bir neçə aparıcının efirdən uzaqlaşdırılması barədə qərar qəbul edilib. Hazırda Bartu Kamal yenidən efirə qayıtsa da, Zaur Kamalın hər hansı bir layihədə yer alacağı barədə məlumat yoxdur.

Aprelin sonlarında Zaur Kamal “Instagram” səhifəsində mayın 4-də efirə qayıdacağının anonsunu versə də, bir müddət sonra o paylaşımı silmişdi. Ardından ARB açıqlama yayaraq Zaur Kamalın efirə dönməyəcəyini bəyan etmişdi. (Globalinfo.az)