Bəhram Bağırzadə: "O, qızıma bütün şəraitləri yaratmışdı"

Bəhram Bağırzadə:  "O, qızıma bütün şəraitləri yaratmışdı" Şou

“O, elə nadir məmurlardan idi ki, dünyasını dəyişdikdən sonra sadə insanlar onun ruhuna dua edirlər”.

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Bəhram Bağırzadə mərhum gənclər və idman zaniri Azad Rəhimovun doğum günü ilə bağlı etdiyi paylaşımda yazıb.

“O, elə nadir məmurlardan idi ki, dünyasını dəyişdikdən sonra sadə insanlar onun ruhuna dua edirlər. Onun qəbuluna düşmək üçün əvvəlcədən yazılmağa, zəng etməyə ehtiyac yox idi — kabinetinin qapısı hər kəsin üzünə açıq idi. Sadəcə gəlib içəri daxil olmaq, danışmaq mümkün idi və demək olar ki, həmişə müraciətə “hə” cavabı eşidilirdi. Bu, formal cavab, vəd deyil, səmimi və insani münasibət idi.

O, vaxtilə “Bakılı oğlanlar” komandasını dəstəkləmiş, naşir dayı Bəhramın arxasında durmuşdu. Mənim qızıma — şahmat üzrə Azərbaycan və Bakı çempionuna isə dünya və Avropa arenasıa çıxa bilməsi üçün bütün şəraitləri yaratmışdı. Və qızım da onun etimadını doğrultdu. Bu, sadəcə yardım deyildi — onun insanlara bəxş etdiyi və qarşılığında heç nə gözləmədiyi inamı idi.

O, parlaq, xarizmatik şəxsiyyət idi. Əsl bakılı idi. Əfsanəvi 134 saylı məktəbin yetirməsi…

Artıq neçə ildir ki, o, aramızda yoxdur. Lakin onun xatirəsi həyatını dəyişdirdiyi insanların minnətdar qəlbində yaşayır” Bağırzadə qeyd edib.

Bəhram Bağırzadə:  "O, qızıma bütün şəraitləri yaratmışdı"