Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA

Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA Şou

Rusiyalı məşhur supermodel İrina Şeyk yenidən cəsarətli fotosessiyası ilə gündəmə gəlib.

News24.az xəbər verir ki, model bu dəfə İspaniyanın məşhur geyim brendlərindən birinin yeni çimərlik kolleksiyası üçün kamera qarşısına keçib. 40 yaşlı podium ulduzu müxtəlif rəngli bikinilərlə obyektivlərə poz verərək sosial şəbəkələrdə geniş müzakirələr yaradıb.

Çəkilişlərin Kanar adalarında həyata keçirildiyi bildirilir. Günəşli çimərlik fonunda lentə alınan kadrlarda İrina həm klassik, həm də modern çimərlik üslubunu nümayiş etdirib. Xüsusilə sarı və narıncı tonlarda bikinilər modelin izləyiciləri tərəfindən maraqla qarşılanıb.

Əsl adı İrina Valeryevna Şeyxlislamova olan model uzun illərdir dünya moda sənayesinin ən çox qazanan simaları sırasında yer alır. O, 2011-ci ildə “Sports Illustrated Swimsuit Issue” jurnalının üz qabığında yer alan ilk rus model kimi tarixə düşüb. Bundan sonra isə “Versace”, “Givenchy”, “Burberry”, “Dolce & Gabbana” kimi nəhəng moda evləri ilə əməkdaşlıq edib.

Şəxsi həyatı ilə də tez-tez gündəmə gələn İrina bir müddət portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə münasibəti ilə dünya mediasının diqqətində olub. Daha sonra isə Hollivud aktyoru Bredli Kuper ilə sevgili olan modelin bu münasibətdən Lea adlı bir qızı dünyaya gəlib.

Qeyd edək ki, İrina son aylarda təkcə reklam çəkilişləri ilə deyil, moda tədbirlərində seçdiyi fərqli obrazlarla da gündəmdən düşmür. Model bu il keçirilən Met Gala 2026 gecəsində zinət əşyalarından hazırlanmış qeyri-adi geyimi ilə dünya mediasında geniş müzakirələrə səbəb olmuşdu. (Yeni Sabah)

Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA Bikinili görüntüləri ilə gündəm oldu - FOTOSESSİYA