Bred Pitt sevgilisi ilə bağlı yeni qərar verdi

Bred Pitt sevgilisi ilə bağlı yeni qərar verdi Şou

Hollivudun məşhur aktyoru Bred Pitt gərgin iş qrafikindən sonra sevgilisi İnes de Ramonla birlikdə istirahət etməyi planlaşdırır.

News24.az xəbər verir ki, bu barədə “People” nəşri aktyora yaxın mənbəyə istinadən məlumat yayıb.

62 yaşlı aktyor Şükranlıq Günü və Milad bayramını sevgilisi, ailə üzvləri və dostları ilə keçirmək niyyətindədir.

Pittlə 33 yaşlı İnes de Ramonun münasibətləri 2022-ci ildən davam edir. Cütlük son aylarda bir sıra film təqdimatlarında birlikdə görüntülənib.