Cabir İmanovun vəfatından 1 il ötür – VİDEO

Cabir İmanovun vəfatından 1 il ötür – VİDEO Şou

Əməkdar artist Cabir İmanovun vəfatından 1 il ötür.

News24.az xəbər verir ki, Cabir İmanov ötən ilin oktyabrında idman zalında infarkt keçirərək vəfat edib. İki dəfə ailə həyatı quran mərhum sənətçinin 4 övladı var.

Qeyd edək ki, Cabir İmanov 22 iyun 1976-cı ildə Bakıda anadan olub. 1992–2001-ci illərdə “Parni iz Baku” KVN komandasının üzvü olub. 2015-ci ildə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülüb. 2021-ci ildə “Tərəqqi” medalı ilə təltif olunub.