"Cavan nəsil məni tanımır"

"Cavan nəsil məni tanımır" Şou

“Mənim tamaşaçılarım ziyalılardır. Məsələn, şəhərdə 18-20 yaşlarında cavan qız və ya oğlandan soruşuram ki, “Salam, məni tanıyırsan?”. Cavab verir ki, “Salam, əmi, yox, tanımıram”. Cavan nəsil məni tanımır”.

News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Teymur Əmrah “Xəzər axşamı” verilişində deyib. Sənətçi təhsilin insanın formalaşmasındakı rolundan danışıb:

“İnsanı formalaşdıran təhsildir. Bir gənc təhsili gözəl alanda onun intellektual səviyyəsi artır. O artıq sahəsindən asılı olmayaraq zövqlə formalaşır. 18 yaşında insan hələ ali məktəbdə oxumur ki, deyək onun sahəsi nədir. Amma orta məktəb, 11 illik təhsil böyük bir bünövrədir”.