Çimnaz Xatirəni təhqir etdi - FOTO
Şou
Müğənni Xatirə İslam ötən gün ziyafət geyimində idman edərək çəkilən videosunu izləyiciləri ilə bölüşüb.
News24.az axşam.az-a istinadla xəbər verir ki, sənətçinin bu addımı bəziləri tərəfindən tənqid edilib. İzləyicilərinin əksəriyyəti bu hərəkəti ona yaraşdırmayıblar.
Aktrisa Çimnaz Sultanova isə Xatirəyə yazdığı şərhlə diqqət çəkib. belə ki, o "@axsamaz" instaqram səhifəsində X.İslamın videosuna şərh yazaraq, onu təhqir edib. Belə ki, aktrisa müğənninin ünvanına qeyri-etik ifadə işlədib, daha sonra isə gülüş emojiləri qoyub.