Corc Kluni özünü - hərraca çıxartdı
Şou
Karyerası boyu bir çox uğurlu filmlərdə rol alan amerikalı aktyor Corc Kluni xeyriyyə məqsədi ilə özünü hərraca çıxarıb.
News24.az Daily Mail-yə istinadən xəbər verir ki, "Corc Kluni ilə Xeyirli Axşam" hərracının bir şanslı qalibi Nyu Yorkda amerikalı aktyorla xüsusi şam yeməyində olacaq.
Hərrac 10 000 dollardan başlayıb və hazırda 31 000 dollara qədər çıxıb. Avqustun 20-də başa çatacaq hərracda Kluni ilə şam yeməyi təklifinin 60 min dollara qədər çıxacağı gözlənilir.
Qeyd edək ki, qalib Corc Kluni ilə özəl kokteyl gecəsinə qatılacaq, ardınca iki nəfərlik şam yeməyinə qatıla və qonaq da gətirə bilər.
Kluni Ədalət Fondunun xeyrinə keçirilən hərracın qalibi məşhur aktyorla sentyabrın 24-də Nyu-Yorkda görüşəcək.
Kluni hərracı ilə bağlı press-relizdə aşağıdakı ifadələrdən istifadə edilib:
“Cənab Kluni ilə nahardan əvvəl şəxsi kokteyl içmək, fotoşəkillər çəkmək və özəl şam yeməyindən və sual-cavabdan həzz alın”.
Günel Məlikzadə