Dilan Polat sosial media qaydasını - POZDU
Şou
Xəbər verdiyimiz kimi, “Cinayət törətmək məqsədi ilə təşkilat yaratmaq və idarə etmək”, “Cinayət nəticəsində əldə edilmiş əmlakı leqallaşdırmaq” və “Mərc və Şans Oyunlarının Təşkili haqqında Qanunu pozmaq” ittihamları ilə 40 illik tələblə mühakimə olunan və 10 ay həbsdə olan Dilan Polat və əri Engin Polat bir müddət əvvəl azadlığa buraxılıblar.
News24.az xəbər verir ki, sərbəst buraxıldıqdan sonra "Sosial şəbəkələrdən heç vaxt əvvəlki kimi istifadə etməyəcəyəm. Çox diqqətli olacağam" deyən Dilan Polat İnstaqram hesabında əri ilə ürək işarəsi edərkən fotosunu yayımlayıb.
Dilan Polat şəklə "Göğe Bak Benimle" mahnısını əlavə edib.
Məryəm İlhamqızı