"Dünyanın ən gözəl qadını” seçildi
Şou
Enn Heteuey “People” jurnalı tərəfindən “dünyanın ən gözəl qadını” seçilib.
News24.az xəbər verir ki, aktrisa jurnalın xüsusi buraxılışının üz qabığını bəzəyib. Bildirilib ki, o, təkcə zahiri gözəlliyi ilə deyil, həm də illər ərzində gözəllik anlayışına verdiyi təsirlə seçilir.
Hazırda “The Devil Wears Prada Part 2” filmində rol alan Heteuey karyerasının uğurlu dövrünü yaşayır və dünya mediasının diqqət mərkəzindədir.