Elçin Cəfərovun ilk solo konserti baş tutdu - FOTOLAR - VİDEO
Şou
Dünən müğənni Elçin Cəfərov Heydər Əliyev Sarayında ilk solo konsert proqramı ilə çıxış edib.
News24.az xəbər verir ki, “Bizə hər şey yaraşır” adlı konsertdə musiqisevərlər, sənətçinin həmkarları, dostları və ailə üzvləri iştirak ediblər.
Konsertdən əvvəl media nümayəndələrinin suallarını cavablandıran Elçin Cəfərov bu layihənin yaradıcılıq fəaliyyətində xüsusi əhəmiyyət daşıdığını bildirib. Müğənninin sözlərinə görə, bu konsert onun sənət yolunda dönüş nöqtəsidir.
Gecə ərzində sevilən mahnılarını səsləndirən sənətçi tamaşaçılara yaddaqalan anlar yaşadıb. Konsertin diqqətçəkən məqamlarından biri də müğənninin xalq artisti Aygün Kazımovayla ilə dueti olub. İzləyicilər sənətçilərin birgə çıxışını alqışlarla qarşılayıb.