Elçin Cəfərovun ilk solo konserti olacaq
Şou
Mayın 29-da tanınmış müğənni Elçin Cəfərovun "Bizə hər şey yaraşır" adlı solo konserti baş tutacaq.
News24.az xəbər verir ki, buu barədə müğənni özünün instaqram hesabında məlumat yayıb.
"Bu postu yazanda bir az kövrəldim… Çünki ilk dəfədir bunu deyirəm: "Solo konsertim olacaq". Hər mesajınız, hər sözünüz mənə güc verdi", – deyə, o bildirib.
Qeyd edək ki, Elçin Cəfərovun konserti Heydər Əliyev Sarayında keçiriləcək.