Elşad Xose uzun zaman sonra üzə çıxdı - "Dirilmişəm, hər şey yaxşıdır"
Şou
Prodüser və aparıcı Tarix Əliyev reper Elşad Xose ilə birlikdə video yayımlayıb.
News24.az xəbər verir ki, paytaxt restoranlarından birində görüşən məşhurlar kamera qarşısına keçərək görüntülərini sosial şəbəkədə paylaşıblar.
Elşad Xose səhhətinin yaxşı olduğunu və yenidən işi ilə məşğul olduğunu deyib.
Reper qısa açıqlamasında “Hər şey yaxşıdır, dirilmişəm” deyib.
Xatırladaq ki, daha əvvəl Elşad Xosenin səhhətində ciddi problemin yaranması, onun bir neçə gün əvvəl Maştağada yerləşən Respublika Psixiatriya Xəstəxanasına yerləşdirilməsi ilə bağlı məlumat yayılıb.